d9011f4a-467b-43e6-9a15-c0e59e73dba8..jpg

Ağcabədidə qəza: Xəsarət alanlar var

Baxış sayı: 507 dəfə baxılıb.

Ağcabədidə qəza: Xəsarət alanlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədidə minik və yük avtomobili toqquşub, dörd nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ 2106 markalı avtomobillə “QAZel” markalı yük maşını
toqquşub.

Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü
Yasəmən Məmməd qızı Quliyeva, 1998-ci il təvəllüdlü Rəqsanə Natiq qızı
Ələsgərova, 1982-ci il təvəllüdlü Kənan Əvəz oğlu Nayibov və Rəvan Gülşad oğlu
Nəcəfov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına
yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Source link