Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi
ərazisində qanunsuz ov edən iki nəfəri müəyyən edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu
məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərdən bir ədəd müvafiq sənədi olmayan ov silahı və
qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.