ffaf4252-3c45-42dc-ba04-087811f4f9da..jpg

Ağcabədidə sexdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 1. 121 dəfə baxılıb.

Ağcabədidə sexdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb – FOTO/VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki avtomobil təmiri
sexlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,
polis əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər məhkum
edilmiş Ruslan İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilindiyindən şöbəyə gətirilib. Üzərində aparılan baxış zamanı narkotik vasitə
olan marixuana aşkar edilərək götürülüb. R.İsmayılovun ətrafında davam
etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun rayon ərazisində yerləşən
avtomobil təmir sexlərindən oğurluq etməkdə şübhəli bilindiyi də müəyyən
olunub. Araşdırmalarla onun qaynaq aparatı və avtomobil ehtiyat hissələri
oğurlamaqla zərərçəkmişlərə 1500 manat məbləğində ziyan vurduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Source link