Ağcaqanad təyyarə reysinin təxirə salınmasına səbəb oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağcaqanad “EasyJet” loukosterinin (aşağı büdcəli aviaşirkət) pilotunu sancaraq
Amsterdamdan Mançesterə uçan reysi təxirə salıb.
“Airbus A320” təyyarəsinin sərnişinləri uçuş üçün beş saat gözləməli olublar,
çünki həmin müddətdə təyyarə həşəratlardan təmizlənib. Reysi gözləyən insanlara
isə ləngimənin səbəbini laynerdə texniki nasazlığın olması ilə izah ediblər.
“Tabloda uçuş vaxtı daim artırılırdı. Nəhayət pilot çıxdı və bizə bildirdi ki,
kabində ağcaqanad onu sancıb. Həşəratlar daha çox ola bilər deyə pilot bütün
təyyarənin dərindən təmizlənilməsini istəyib”, – deyə sərnişinlərdən biri
bildirib.
Daşıyıcı şirkətin müştərilərini həmçinin uçuşun gecikməsinə görə yeganə
kompensasiyanın 3,9 funt sterlinq (6,2 manat -red.) məbləğində qida qəbzinin
olması da qəzəbləndirib.
Mənbə: The Sun