a01c7954-e0ae-4492-8dae-8745fc86350e..jpg

Ağdaban qətliamının şahidi: “Ermənilər atamı və 5 yaşlı bacımı qətlə yetirdilər” – FOTO

Baxış sayı: 636 dəfə baxılıb.

Ağdaban qətliamının şahidi: “Ermənilər atamı və 5 yaşlı bacımı qətlə
yetirdilər” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilər Kəlbəcər rayonunun Ağdaban kəndində ata və 5 yaşlı qızını qətlə
yetiriblər.

Bu sözləri “Report”a açıqlamasında Ağdaban kəndinin sakini və soyqırımının
şahidi Təbriz Alıyev faciənin 32-ci ildönümü ilə əlaqədar kəndə təşkil olunan
ziyarət zamanı deyib.

“Şükürlər olsun ki, bu gün ata-baba yurdumuzu azad və rahat şəkildə ziyarət
edə bilirik. Ermənilər həm torpaqlarımızı, həm uşaqlıq və gəncliyimizi, həm də
ata-babalarımızın məzarlarını dağıdıb, talan ediblər. Kənd işğal olunanda ən
ağır faciəni yaşayan insanlardan biri də mən olmuşam. Onlar mənim atamı və 5
yaşlı bacımı qətlə yetiriblər. Bu qələbəni bizə yaşadan Ali Baş Komandanımız
İlham Əliyevə və ordumuza təşəkkür edirəm”, – o bildirib.

Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı
birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun
Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779
nəfər dinc sakinə divan tutub, 32 nəfəri amansızcasına qətlə yetirərək
soyqırımı aktı törədiblər.

Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın
diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti
yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri
dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunub və məhv edilib.
Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm
siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın
və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Source link