41899147-615a-44e7-bc1c-1219054650b3..jpg

Ağdaban sakini: “Ermənilər qoca kişi və qadını diri-diri yandırdılar” – FOTO

Baxış sayı: 643 dəfə baxılıb.

Ağdaban sakini: “Ermənilər qoca kişi və qadını diri-diri yandırdılar” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənilər Kəlbəcər rayonunun Ağdaban kəndində qoca kişi və qadını diri-diri
yandırıblar”.

Bu sözləri “Report”a açıqlamasında Ağdaban kəndinin sakini və soyqırımının
şahidi Qiyas Alıyev Kəlbəcərdə faciənin ildönümü ilə əlaqədar təşkil olunan
ziyarət zamanı deyib.

Q.Alıyev bildirib ki, 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə Xocalı
soyqırımının eynisi Ağdabanda baş verib və ermənilər bu kəndə böyük qüvvə ilə
hücuma keçiblər. Onun sözlərinə görə, əhali arasında bir neçə nəfərlə ov
tüfəngi və hökumətin verdiyi bir neçə avtomatla kəndi müdafiə etməyə çalışıblar.

“Həmin vaxt bir neçə nəfər cığır yollarla kənddən çıxa bildi. Ermənilər qoca
kişi və qarını evdə diri-diri, rəhmətlik Musanı isə ot tayasına atıb
yandırdılar, uşağının meyitini qucaqlayan atanı güllələdilər”, – o deyib.

Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı
birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun
Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779
nəfər dinc sakinə divan tutub, 32 nəfəri amansızcasına qətlə yetirərək
soyqırımı aktı törədiblər.

Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın
diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti
yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri
dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunub və məhv edilib.

Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm
siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın
və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Source link