7260668e-8481-4697-b967-760fdfcc5f10..jpg

Ağdaban soyqırımından 32 il ötür

Baxış sayı: 601 dəfə baxılıb.

Ağdaban soyqırımından 32 il ötür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ağdaban soyqırımının ildönümüdür.

Cixisyolu.com xatırladır ki, soyqırımın baş verməsindən 32 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər
rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən
silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə
yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın
diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm
siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik
aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
İşğalçılar habelə Ağdabanın digər mədəniyyət abidələrini də məhv ediblər.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda
baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu
bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Source link