7bb296aa-42b3-49a1-8b91-ae610e9f930c..jpg

Ağdam, Kəlbəcər və Tərtərin nə qədər ərazisinin Ağdərəyə veriləcəyi məlum olub – YENİLƏNİB

Baxış sayı: 638 dəfə baxılıb.

Ağdam, Kəlbəcər və Tərtərin nə qədər ərazisinin Ağdərəyə veriləcəyi məlum olub
– YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr
ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.

“Report”un məlumata görə, bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun
yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan
851,25, Ağdam rayonundan isə 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati
ərazisinə veriləcək.

17:08

Azərbaycanın yenidən bərpa edilən Ağdərə rayonunun inzibati mərkəzi Ağdərə
şəhəri olacaq.

“Report”un əldə etdiyi məlumata görə, bu, Milli Məclisə daxil olan Ağdərə
rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Suqovuşan qəsəbəsi yenidən Ağdərə rayonunun tərkibinə
verilir. Bundan başqa, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və
onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə
rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.

Xatırladaq ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv
olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb.
Həmin vaxt Suqovuşan qəsəbəsi də Tərtər rayonuna birləşdirilmişdi.

1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.

Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı
Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə
qayıdıb. Prezidentİlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın
Dövlət Bayrağını ucaldıb.

Source link