6b325acc-40c3-4c89-aeea-3bbda99f14fc..jpg

Ağdam və Cəbrayıldakı sənaye parklarında dəmiryol infrastrukturu yaradılacaq

Baxış sayı: 803 dəfə baxılıb.

Ağdam və Cəbrayıldakı sənaye parklarında dəmiryol infrastrukturu yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının
ərazilərində dəmiryol infrastrukturu yaradılacaq.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına
başlanılıb.

Xatırladaq ki, indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın
investisiya yatırılıb. Parkın 19 rezidenti, altı qeyri-rezidenti var. Bu
investorlar parka 176 milyon manatdan çox pul qoymağı, 1 600-dən çox daimi iş
yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il
fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına isə
10 milyon manata yaxın investisiya yatırılıb. Parkın beş rezidenti, bir
qeyri-rezidenti var. Bu investorlar parka 33 milyon manata yaxın pul qoymaq,
420-dən çox daimi iş yeri yaratmaq istəyirlər. Rezidentlərdən biri – “Avto
Lizinq Azərbaycan” MMC artıq fəaliyyətə başlayıb.

Source link