e0d99899-844b-4c72-840f-70ac0b11ea6f..jpg

“Ağdam-Xankəndi yolunun süni şəkildə əngəllənməsi Parisin sifarişidir” – RƏY + FOTO

Baxış sayı: 619 dəfə baxılıb.

“Ağdam-Xankəndi yolunun süni şəkildə əngəllənməsi Parisin sifarişidir” – RƏY +
FOTO

“Rusiyanın Qırmızı Xaç Komitəsinin avtomobilinin hələ də Xankəndiyə
buraxılmaması onu göstərir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağda
qondarma rejimin qalıqları ilə birgə hərəkət edir və özünün regionda olma
məqsədlərindən çox uzaqlaşıb. Əminliklə demək olar ki, bu gün faktiki olaraq
Ağdam-Xankəndi yolunun və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə
reinteqrasiya prosesinin qarşısında dayanan əsas əngəl məhz Beynəlxalq Qızıl
Xaç Komitəsidir. Özünü humanitar məqsədlər naminə bütün aktların dəstəkçisi
kimi təqdim etsə də, BQXK faktiki olaraq Ağdam-Xankəndi yolunun açılmaması üçün
mümkün rıçaqları işə salıb. Fransanın peyki kimi davranan təsisat Qarabağın
erməni sakinləri arasında bu yolun açılmaması üçün təbliğatdan tutmuş Rusiyanın
Qırmızı Xaç Komitəsinə təzyiqlərə qədər ardıcıl təxribatçı fəaliyyətini artıq
gizlətmir”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Cixisyolu.com-a açıqlamsında deyib.

Onun sözlərinə görə, Qırmızı Xaç öz istəyi ilə qlobal oyunların iştirakçısı
kimi çıxış etmir. O cümlədən də Ağdam-Xankəndi yolunun süni şəkildə
əngəllənməsi Qərbin, ələlxüsus da Parisin sifarişidir. BQXK 1949-cu il Cenevrə
Konvensiyası və sənədin 1977-ci və 2005-ci illər Əlavə Protokolları ilə
qarşısına qoyulmuş vəzifələrlə yox, belə təxribatçı fəaliyyətlə də məhz bu
sifariş çərçivəsində məşğuldur.

“Görünən odur ki, regiondan sıxışdırılan, qovulan riyakar Qərb dairələri üçün
qalib Azərbaycanın qarşısına humanitar missiyalar pərdəsi altında çıxmaqdan
başqa yol qalmayıb. Azərbaycanın artan hərbi-siyasi imkanları qarşısında
birbaşa prosesə müdaxilə edə bilməyən Qərb Ağdam-Xankəndi yolu ilə yükün
keçirilməsinə maneçilik törədilməsində Qırmızı Xaçdan istifadə edir. Humanitar
təsisatdan daha çox, radikal xristian ittifaqı kimi çıxış edən Qırmızı Xaç da
Qərb dairələrinin diktəsi altında məmnuniyyətlə öz missiya və öhdəliklərini bir
kənara qoyaraq selektiv yanaşmalarda ehtiva olunan pozuculuqla məşğul
olmaqdadır. Əslində Qırmızı Xaçın geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq
və mənafelərini ifadə edən oyuncağa çevrilməsi beynəlxalq humanitar təşkilat
kimi yox, Fransa Xarici İşlər Nazirliyinin, yaxud Sorosun departamenti kimi
fəaliyyət göstərməsi bizim üçün yenilik deyil”, – deyə deputat bildirib.

Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərən
BQXK-nın ötən 31 ildə nə münaqişə dövründə, nə də postmüharibə reallığında
Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyəti olmayıb:

“Əksinə, “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” kimi fundamental prinsipləri
rəhbər tutmaq barədə öhdəlik götürən BQXK daim elə Qərbin diktəsi ilə
Ermənistanla vahid tərəf kimi çıxış edib. Hətta İrəvanın hərbi ortağına
çevrilib. Bu gün təsisatın kəşfiyyat xarakterli məlumatların Ermənistana
ötürülməsindən humanitar missiya adı altında quldur dəstələrinə dəstək
verilməsinə qədər mandatına uyğun gəlməyən çoxsaylı riyakar fəaliyyəti barədə
səhih faktlarımız mövcuddur. Habelə Azərbaycan Dövlət Sərhəd Xidmətinin
sərhəd-nəzarət tədbirləri çərçivəsində “Laçın” sərhəd-buraxılış məntəqəsində
Qırmızı Xaçın qaçaqmalçılıq fəaliyyəti, eləcə də beynəlxalq axtarışda olan
hərbi canilərin məsuliyyətdən yayındırılması işini təşkil etməsi kimi qanunsuz
fəaliyyətləri birbaşa kameralar önündə ifşa edildi. Son dövrlərdə isə BQXK
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu və
“humanitar fəlakət” şousunun mühüm iştirakçılarından biri kimi çıxış etməklə
Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyəti göstərməkdədir.
Baxmayaraq ki, BQXK Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu
maddəsinin 13-cü bəndi ilə borcludur ki, “Azərbaycan Respublikasının qanun və
qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin”.

“Lakin biz tam əksini görürük və bu kimi çoxsaylı anti-Azərbaycan fəaliyyətlər
kifayətdir ki, elə həmin Sazişin 12-ci maddəsi və 1961-ci il Vyana
Müqaviləsinin 9-cu bəndini rəhbər tutaraq artıq ifşa olunmuş bu cinayətkar
qurumu Azərbaycandan çıxaraq. Üstəlik, beynəlxalq hüquqla da artıq BQXK-nın
regionda fəaliyyətinə zərurət qalmayıb. Belə ki, humanitar fəaliyyətin hüquqi
bazislərindən sayılan 1997-ci il Sevilya Razılaşmasına 2022-ci ildə edilmiş
müvafiq dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı
rolun milli cəmiyyətlərə verilməsi qərara alınıb. Yəni müvafiq humanitar
fəaliyyət istiqamətində artıq əsas söz sahibi BQXK yox, milli təsisat olan
Azərbaycan Qızıl Aypara Cəmiyyəti olmalıdır”, – deyə o əlavə edib.

Source link