bb81291e-9cfc-44d8-974a-c4afb2cb1b20.webp

Ağdamda 94 yaşlı kişini avtomobil vurub

Baxış sayı: 40 dəfə baxılıb.

Ağdamda 94 yaşlı kişini avtomobil vurub.

APA-nın xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində baş verib.

Yolu keçərkən kənd sakini Sokrat Mahmudovu hərəkətdə olan “Mercedes” markalı
avtomobil vurub.

Yaralı S.Mahmudov Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını
xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Source link