60c62ee3-d717-4042-8eaa-55ed301edbb6..jpg

Ağdamda bağça müdiri oğurluğa görə saxlanıldı

Baxış sayı: 667 dəfə baxılıb.

Ağdamda bağça müdiri oğurluğa görə saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonundakı uşaq bağçalarından birinin müdiri oğurluq etdiyinə görə
saxlanılıb.

“Qaynarinfo”nun məlumatına görə, 1977-ci il tarixdə Bakı şəhərində anadan
olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət
Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə
məhkəmədə baxılıb.

Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə
olduğu üçün Bakı şəhərinə gəlib. Arzu Ağayeva maddi sıxıntıları olduğu üçün
xəstə baxıcısı kimi müvəqqəti işləməyə qərar verib. O, Elmira adlı qadınla
razılaşaraq, 700 manat qarşılığında evində baxıcı kimi işləyib. Arzu Ağayeva
Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binada Elmiranın evində işlədiyi bir aya
yaxın müddətdə 3700 manat dəyərində qızıl-zinət əşyalarını, əmlakı oğurlayıb.
Həmçinin ev sahibinin təqaüd kartından 925 manat pulu da çıxarıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün müddətinə
azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzaçəkmə müddətində ona
Ağdam rayonunun ərazi hüdudlarını, həmçinin yaşayış yerini gecə saat 23:00-dan
səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək,
həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi
qoyulub.

Source link