e768b0ec-55d1-4fbb-aef6-77add534bdff..jpg

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 515 dəfə baxılıb.

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Hikmət Zili oğlu
Əliyevlə Ağdam rayonunun Ergi kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidlərin nəşi Ağdam rayonu
Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin
vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və
ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:04

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan,
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hikmət Zili oğlu
Əliyevin meyitinin qalıqları Ağdam rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Ağdam rayonunun
Ergi kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Hikmət Zili oğlu Əliyev 1974-cü il yanvarın 1-də Ağdam rayonunun
Mərzili kəndində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun
Sarıcalı kəndi ərazisində itkin düşüb.

H.Əliyev Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Source link