9332407e-0738-494f-b1f6-10e6ea7bfec8..jpg

Ağdamda ekskavator piyada əleyhinə minaya düşdü

Baxış sayı: 484 dəfə baxılıb.

Ağdamda ekskavator piyada əleyhinə minaya düşdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunun Novruzlu kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və
Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə
minaya düşüb. Ekskavator zədələnib, xəsarət alan yoxdur.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik
qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə
yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Source link