Ağdamda mina partlayıb, xəsarət alan var – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağdamda minaya düşən şəxsin Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)
əməkdaşı olduğu məlum olub.
“Report”un məlumatına görə, dekabrın 5-də işğaldan azad edilmiş Ağdam
rayonunun Sarıcalı kəndi ərazisində 1992-ci il təvəllüdlü Vaqif Sabir oğlu
Əkbərov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı
baş verib.
Bildirilir ki, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya
çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.
Vəziyyəti qənaətbəxşdir.
12:55
Ağdamda mina partlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə bu gün Ağdam rayonunun işğaldan
azad edilmiş ərazisində baş verib.
Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir. İlkin məlumata görə, o,
ayağından xəsarət alıb.