Ağdamda mina partlayışı olub: İki nəfər xəsarət alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi
baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə
Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Mirfəttah
Bağır oğlu Bağırov və 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov
keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada
əleyhinə minaya düşüblər. Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
“DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına
riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa
və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”, – deyə məlumatda
vurğulanıb.