e850d389-3d8f-4573-9a89-0d4b7ec850b3..jpg

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

Baxış sayı: 501 dəfə baxılıb.

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək
xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır”.

“Report” xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının
direktoru Vüsal Məmmədov bildirib.

“Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də
daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin
genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil
olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir”, – V.Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və cərrahi
əməliyyat planlaşdırılır.

18:16

Bu gün mina partlayışı nəticəsində xəsarət alan Mirfəttah Bağırov Bərdə Rayon
Mərkəzi Xəstəxanasına aparılıb.

APA-nın xəbərinə görə, digər xəsarət alan Xəqani Teymurov isə Yevlax Rayon
Mərkəzi Xəstəxanasına aparılıb.

Xatırladaq ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi
baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və
Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il
təvəllüdlü Mirfəttah Bağır oğlu Bağırov və 1973-cü il təvəllüdlü Xəqani
Allahverdi oğlu Teymurov keçmiş təmas xətti yaxınlığında, minalardan
təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıblar.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

15:14

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi
baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə
Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Mirfəttah
Bağır oğlu Bağırov və 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov
keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada
əleyhinə minaya düşüblər. Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

“DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına
riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa
və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”, – deyə məlumatda
vurğulanıb.

Source link