1701ef6d-cfb5-4082-9b0a-7b2eb4ac41a0..jpg

Ağdamda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB + VİDEO

Baxış sayı: 558 dəfə baxılıb.

Ağdamda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində minaya düşərək yaralanan Bəxtiyar
Abbasov Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə
yerləşdirilib.

“Report” xəbər verir ki, hazırda əməliyyatda olan Bəxtiyar Abbasovun vəziyyəti
ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci
il təvəllüdlü Bəxtiyar Yaqub oğlu Abbasov mina partlayışı nəticəsində xəsarət
alıb.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

12:29

Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü
Bəxtiyar Yaqub oğlu Abbasovun mina partlayışı nəticəsində xəsarət alması faktı
üzrə Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat
Xidmətindən bildirilib.

12:03

Bu gün Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və
Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında
bildirilib.

Qeyd olunub ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Bəxtiyar Yaqub oğlu
Abbasov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan
otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət
alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

“AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik
qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və
təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır”, – deyə məlumatda
vurğulanıb.


Source link