14593940-7330-4460-b1e8-05550cdf32a0..jpg

Ağdamda qədim məişət əşyaları tapıldı – FOTO

Baxış sayı: 591 dəfə baxılıb.

Ağdamda qədim məişət əşyaları tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonu ərazisində qədim məişət əşyaları tapılıb.

“Report”un xəbərinə görə, əşyalar Ağdam rayonunun Quzanlı qəsəbəsində
aşkarlanıb.

Tapılan məişət əşyalarının tunc dövrünə aid olması ehtimal edilir. Tapılan
əşyalar beş ədəd mis qab və çoxlu saxsı qırıntılardan ibarətdir.

Qeyd edək ki, maddi mədəniyyət nümunələrini Ağdam şəhərindən keçmiş məcburi
köçkün olan və hazırda Quzanlı qəsəbəsində məskunlaşan Lalə Abbasova həyətində
təsərrüfat quyusu qazarkən aşkarlayıb. Tapılan nümunələr Ağdam
Tarix-Diyarşünaslıq Muzeyinə veriləcək.

Əvvəllər də Ağdam ərazisində sakinlər tərəfindən bu cür qədim məişət
əşyalarının tapılmasına dair faktlar var.

Source link