478cac4a-5c20-41ab-a40a-1c5f3d100543..jpg

Ağdamda qəzaya düşən PFL rəsmilərinin son durumu: İkisinin vəziyyəti kritikdir – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 543 dəfə baxılıb.

Ağdamda qəzaya düşən PFL rəsmilərinin son durumu: İkisinin vəziyyəti kritikdir
– YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaralılardan ikisinin vəziyyəti digərlərinə nisbətən kritikdir”.

Bu barədə Cixisyolu.com-a açıqlamasında “Bona Dea” xəstəxanasının baş həkimi Cabir
Gülmalıyev deyib.

O bildirib ki, səhər saatlarında Xankəndi yolunda avtoqəza keçirən altı nəfər
günorta saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasından “Bona Dea”ya gətirilib:

“Yaralılar dərhal aidiyyəti üzrə müvafiq şöbələrə yönləndirilib, dərhal həkim
müdaxiləsi edilib. Qəbul edilən yaralılardan ikisinin – Aslan Şahgəldiyev və
Elxan Səmədovun digərlərinə nisbətən tibbi vəziyyətləri kritikdir. Hər ikisi
hazırlıqdan sonra dərhal əməliyyata alınacaq. Digər xəstələrə tibbi müdaxilələr
edilib. Tibbi vəziyyətləri stabildir. Onlar stasionar müalicə üçün müvafiq
palatalara yerləşdiriliblər”.

14:05

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən mikroavtobusda olan Peşəkar
Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıya gətirilib.

Cixisyolu.com xəbər verir ki, E.Səmədovla yanaşı, mikroavtobusun sürücüsü Rasim
Qafarlı da paytaxta çatdırılıb.

Onlar “Bona Dea” xəstəxanasına yerləşdiriliblər.

14:02

Bu gün səhər saatlarında Ağdam-Xankəndi yolunda qəzaya düşən mikroavtobusda
olan PFL əməkdaşlarının aldığı xəsarətlər məlum olub.

Cixisyolu.com xəbər verir ki, Bakı sakini Elxan Zakir oğlu Səmədov (14.01.1974) –
Simfizin tam aralanması, sol oma qalça oynağının sınığı, sol bayır topuğun açıq
sınığı, sağ baldır sümüklərinin qəlpəli yerdəyişmiş açıq sınığı, böyükölçülü
sümük defekti olması ilə sağ dirsək oynağının oynaqdaxili sınığı, sol 1-ci
barmağın yerdəyişmiş sınığı;

Bakı sakini Sənan Məstəli oğlu Abdullayev (24.06.1984) – Hər iki ayaq
pəncəsinin əzilməsi;

Bakı sakini Aslan Yadigar oğlu Şahgəldiyev (31.08.1981) – L1 fəqərənin
kompression sınığı;

Bakı sakini Rasim Məmmədrəsul oğlu Qafarlı (20.06.1982) – Sağ diz oynağının
əzilməsi;

Bakı sakini Elgiz Rafiq oğlu Abbasov (26.04.1990) – Sağ diz nahiyə əzilməsi;

Bakı sakini Zaur Tahir oğlu Hacıməhərrəmov (16.06.1981) – Burunun küt travması
xəsarəti alıb.

Qəzaya uğrayan mikroavtobusun hadisədən sonrakı görüntülərini təqdim edirik:

13:33

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in mətbuat katibi Sənan
Abdullayev, qurumun icraçı direktoru Zaur Hacıməhərrəmov və qurumun texniki
idman direktoru Elgiz Abbasov Bakıya gətiriliblər.

Cixisyolu.com xəbər verir ki, onlar da təcili yardım avtomobili ilə “Bona Dea”
xəstəxanasına yerləşdiriliblər.

13:24

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in vitse-prezidenti Aslan
Şahgəldiyev Bakıya gətirilib.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, o, “Bona Dea” xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzada xəsarət alan PFL prezidenti Elxan Səmədov əməliyyat
olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılacaq.

11:58

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL rəhbərliyinin Xankəndiyə
səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin
“Qarabağ” – MOİK görüşü ilə bağlı olub.

Cixisyolu.com-ın məlumatına görə, onlar bu məqsədlə mikroavtobus icarəyə götürüblər
və gecə saatlarında yola düşüblər.

11:45

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət
alan 6 nəfər 16.12.2023-cü il tarixində saat 7 radələrindən başlayaraq Bərdə
Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi
xidmətlər göstərilib. Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti orta
ağır, ikisinin vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

11:26

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun
yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə
çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il
təvəllüdlü Sənan Məstəli oğlu Abdullayev, 1974-cü il təvəllüdlü Elxan Zakir
oğlu Səmədov, 1982-ci il təvəllüdlü Rasim Məmmədrəsul oğlu Qafarlı, 1981-ci il
təvəllüdlü Aslan Yadigar oğlu Şahgəldiyev, 1990-cı il təvəllüdlü Elgiz Rafiq
oğlu Abbasov, 1981-ci il təvəllüdlü Zaur Tahir oğlu Hacıməhərrəmovdur. Xəsarət
alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda
xəsarət alan şəxslər Bakıya göndərilir.

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL)
əməkdaşları olduğu bildirilir.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, xəsarət alan Elxan Səmədov PFL-in
prezidentidir və onun vəziyyəti ağırdır. E.Səmədov Bakıya gətirilir.

Qəzaya düşən Sənan Abdullayev PFL-in mətbuat katibi, Aslan Şahgəldiyev qurumun
vitse-prezidenti, Elgiz Abbasov PFL-də texniki idman direktoru və Zaur
Hacıməhərrəmov qurumun icraçı direktorudur.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Cixisyolu.com-ın sorğuya cavab
olaraq bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın
yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul
Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri
istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Həssas görüntülər

09:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu,
Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar
xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional
Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı
mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış
vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif
xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına
təhvil verilib.

Aysel Aslan, Könül Cəfərli

Source link