c99d7973-8a25-48b7-8620-068999522909..jpg

Ağdamda tank əleyhinə mina partladı: Xəsarət alan var

Baxış sayı: 481 dəfə baxılıb.

Ağdamda tank əleyhinə mina partladı: Xəsarət alan var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş
Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.

Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam
rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs
1994-cü il təvəllüdlü Vidadi Vüqar oğlu Hüseynov idarə etdiyi qreyder ilə yolu
azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Vidadi Hüseynov sağ əlindən xəsarətlər alıb. Zərərçəkən
şəxs rayon xəstəxanasına təxliyə edilib. Mina partlayışı nəticəsində texnikaya
zərər dəyib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Source link