02c52f2b-ba72-403c-8356-c46ec0aba178..jpg

Ağdamın işğaldan azad edilmiş ərazilərinə ilk köç 2025-ci ildə olacaq – FOTO

Baxış sayı: 1. 878 dəfə baxılıb.

Ağdamın işğaldan azad edilmiş ərazilərinə ilk köç 2025-ci ildə olacaq – FOTO

“İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün
2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədr müavini Namiq Hümmətov bildirib.

O, bu barədə Şəhərsalma Məsələləri üzrə işçi qrupunun Ağdamda keçirilən
iclasında danışıb.

İclasdan sonra işçi qrupunun üzvləri Ağdam şəhərində inşa edilən yaşayış
kompleksinə baş çəkiblər. Dövlət qurumlarının nümayəndələrinə tikintinin gedişi
barədə məlumat verilib, bildirilib ki, tikinti işləri 2023-cü ilin sonuna qədər
başa çatdırılacaq, ərazidə ümumi giriş sayı 11 olmaqla 6 bina tikiləcək.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun
Ağalı kəndinə baş tutub.

Source link