Ağdaş sakinindən 18 kq-dan çox marixuana götürülüb.
Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Nizami RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Keşlə qəsəbəsinin ərazisində Ağdaş rayon sakini, əvvəllər də narkotikə görə məhkum olunmuş Rövşən Hacıyevdən 18 kiloqram 200 qram marixuana götürülüb.