Ağdaş sakinləri tüfəngləri polisə təhvil veriblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə
profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş
tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan iki ov
tüfəngini könüllü olaraq polisə təhvil veriblər.