b61788f5-392c-487a-b741-65bfdbbc0e83..jpg

Ağdaşda atları oğurlayıb Qazaxıstana satan şəxslər saxlanıldılar – FOTO/VİDEO

Baxış sayı: 931 dəfə baxılıb.

Ağdaşda atları oğurlayıb Qazaxıstana satan şəxslər saxlanıldılar – FOTO/VİDEO

Ağdaş rayonunun Kotavan kəndi ərazisindəki örüş sahəsindən səkkiz kənd
sakininə məxsus ümumilikdə doqquz atın ayrı-ayrı vaxtlarda naməlum şəxslər
tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan
oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri – Cəbrayıl
Səfərov və Asim Şirinov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları Bərdə rayon sakini
Hacı Nəsirova satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri
müəyyən edilib. Hacı Nəsirov isə istintaqa verdiyi ifadəsində həmin atları
Qazaxıstana satdığını bildirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq
aparılır.


Source link