9b417578-6b01-4978-8a47-847dde02cd53..jpg

Ağdaşda məktəbli qollarını kəsərək, sosial şəbəkədə paylaşıb – AÇIQLAMA

Baxış sayı: 691 dəfə baxılıb.

Ağdaşda məktəbli qollarını kəsərək, sosial şəbəkədə paylaşıb – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayon məktəblisinin qollarını
kəsərək özünə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlara münasibət
bildirib.

Qurumdan Cixisyolu.com-ın sorğusuna cavab olaraq qeyd edilib ki, idarənin tabeliyində
fəaliyyət göstərən Ağdaş şəhər M.İsayev adına tam orta məktəbin 8 “a” sinif
şagirdi dekabrın 5-i, saat 21 radələrində sol qolunu bir neçə yerdən kəsərək
özünə bədən xəsarəti yetirib:

“Daha sonra bunu “Instagram” sosial şəbəkə hesabında canlı yayım açaraq
paylaşıb. Bundan sonra hüquq-mühafizə orqanının “Çağrı Mərkəzi”nə müraciət
edərək onun sosial şəbəkə izləyicisi olduğu şəxsin nalayiq ifadələr yazdığını
bildirib. Dekabrın 6-da dərsdə iştirak etməyən qız həmin gün saat 15:00-da
məktəbə dəvət olunub və onunla profilaktik söhbətlər aparılıb”.

İdarədən vurğulanıb ki, söhbət zamanı qız stresə düşdüyünü və əsəbiləşərək bu
əməli törətdiyini vurğulayıb:

“Şagirdin polis şöbəsində verdiyi izahatında hadisəyə səbəb kimi anasının
nənəsini döyməsi və bıçaqla fiziki zorakılıq tətbiq etməsi faktı təsdiqini
tapmayıb. Hazırda məktəblinin vəziyyəti normaldır və dərsdə iştirak edir.
Bundan əlavə, şagirdlə mütəmadi olaraq məktəbin psixoloqu tərəfindən görüşlər
keçirilir”.

Qeyd edək ki, ötən gün Ağdaş rayonunda yeniyetmə qızın intihara cəhd etməsi
barədəməlumat yaymışdıq.

İlhamə Əbülfət

Source link