344846b0-6767-43f4-a493-dbf31bb3c2e6..jpg

Ağdaşda üç tondan artıq çətənə kolu məhv edilib

Baxış sayı: 699 dəfə baxılıb.

Ağdaşda üç tondan artıq çətənə kolu məhv edilib

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti
adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon
ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbir zamanı Qarasuqumlaq və Mürsəl kəndi ərazisində
ümumi çəkisi 3 ton 450 kiloqram olan 2124 ədəd çətənə kolu kökündən çıxarılıb
və yandırılaraq məhv edilib.

Source link