Agentlik direktoru: “Dərslərin məzmununa yenidən baxılmalıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hesab edirəm ki, dərs yükünün ağırlığına yox, onların məzmununa yenidən
baxılmalıdır”.
“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi
təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O qeyd edib ki, bu, hansısa fənlərin dəyişdirilməsi yolu ilə edilir:
“Əsasən şagirdlərin rəqəmsal bacarıqlarının artırılması istiqamətində bu
həyata keçirilir. Lakin dərs yükünün çox olması ilə bağlı məsələyə baxmağa
ehtiyac yoxdur”.