510c7c85-b25d-43c5-a519-2e63a34bd879..jpg

Agentlik sədri: “2027-ci ilədək kənd təsərrüfatının hər il orta hesabla 4% artacağı nəzərdə tutulur” – FOTO

Baxış sayı: 760 dəfə baxılıb.

Agentlik sədri: “2027-ci ilədək kənd təsərrüfatının hər il orta hesabla 4%
artacağı nəzərdə tutulur” – FOTO

“2022-2026-cı illərdə Azərbaycanın kənd təsərrüfatının hər il orta hesabla 4%
artacağı nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov
Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafının təmin
edilməsi hökumətin strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərdən
birini təşkil etməklə yanaşı, məhsuldarlığın artırılması baxımından kifayət
qədər geniş inkişaf potensialının mövcud olmasına dəlalət edir:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nda aqrar sektor, sənaye və xidmət sahələrində müasir
texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş
yerlərinin yaradılacağı qeyd olunub.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda “Tarladan süfrəyə” prinsipi ilə
qurulmuş sistemin davamlı transformasiyasına nail olmaqda maraqlıyıq. Yaşıl
enerji, rəqəmsallaşma və daha güclü biznes mühiti davamlı kənd təsərrüfatının
qurulması üçün əsas hədəflər sayılır”.

Daha çox şəkil burada: PhotoStock.az

Source link