3317054a-ebcf-4f8c-8162-96b92740512d..jpg

Ağır vəziyyətdə olan Aftandil İsrafilovun qızı: “Xəstəliyi barədə həkimlər tam məlumat vermirlər”

Baxış sayı: 1. 146 dəfə baxılıb.

Ağır vəziyyətdə olan Aftandil İsrafilovun qızı: “Xəstəliyi barədə həkimlər tam
məlumat vermirlər”

Martın 27-də xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti
Aftandil İsrafilovun vəziyyəti ağırdır.

Bu barədə Cixisyolu.com-a Xalq artistinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, ifaçı ağır vəziyyətdədir:

“Hələ də xəstəxanadayıq. Hər hansı bir irəliləyiş yoxdur. Ağır vəziyyətdədir”.

H.İsrafilova atasının mart ayının 27-dən reanimasiyaya yerləşdirildiyini qeyd
edib:

“Atamın vəziyyəti yaxşı idi. Novruz bayramından sonra pisləşdi. Martın 27-də
xəstəxanaya apardıq. Reanimasiyadadır. Yanına heç kəsi qoymurlar”.

Xalq artistinin qızı həkimlərin atasının xəstəliyi barədə tam məlumat
vermədiklərini əlavə edib:

“Xəstəliyi barədə həkimlər tam məlumat vermirlər. Ağciyərlərində, ürəyində bir
qədər problem var. 82 yaşı var. Normaldır. O yaşda bütün problemlər üzə çıxır”.

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı
xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam
etdirilib.

O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.

Nəzrin Vahid

Source link