Ağır xərçəngin gözlənilməz səbəbi aşkarlandı

Ağır xərçəngin gözlənilməz səbəbi aşkarlandı

Baxış sayı: 3. 038 dəfə baxılıb.

ABŞ-da Kaliforniya tibb kolleci  və Murs xərçəng mərkəzindən olan tədqiqatçılar kodlaşmayan DNT-də son dərəcə təhlükəli şişlərin formalaşmasına yol açan 200 mutasiya ortaya çıxarıb.

ÇıxışYolu.Com xəbər verir ki, araşdırma haqqında məqalə  “Nature Genetics” jurnalında dərc olunub.

Məlum olduğu kimi, insan genomunun böyük hissəsi, 98 faizə yaxını “tullantı” DNT-dən ibarət olur. Əvvəllər onun heç bir funksiyanı yerinə yetirmədiyi güman edilirdi.

Ancaq bu yaxınlarda məlum olub ki, onun bəzi genetik sahələri,  hüceyrələrin biokimyasında  müəyyən rol oynayır, o cümlədən digər genlərin fəallığını tənzimləyir.

Hal-hazırda molekulyar bioloqlar “tullantı” DNT-ni kodlaşmayan DNT adlandırır, belə ki, adi genlərdən fərqli olaraq onlarda zülalların amin turşulu uzlaşmaları şifrələnmir.

Alimlər 15 mindən çox xərçəng şişinin hüceyrələrinin genomu haqqında məlumatların olduğu “The Cancer Genome Atlas” məlumat bazasından istifadə edib.

Tədqiqatçılar 930 pasiyentdə bədxassəli şişli hüceyrələr və sağlam toxumalarda olan DNT-ni müqayisə edib. Nəticədə kodlaşmayan DNT-də genlərin ekspressiyasına təsir göstərən 200-ə yaxın mutasiya üzə çıxıb.

Belə genlərdən biri, xərçəngli şişi daha ağır formaya çevirən “DAAM1” genidir.

.
www.ÇıxışYolu.Com