ff82132b-64af-4184-8bd1-a68bbb13e6f7.jpg

Ağır xəstə olan Bryus Uillisin yeni görüntüsü yayılıb

Baxış sayı: 32 dəfə baxılıb.

Ağır xəstə olan aktyor Bryus Uillis ictimaiyyət arasında görüntülənib.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

69 yaşlı Bryus Uillis Los-Ancelesdə paparatsiyalara tuş gəlib. Aktyor
mühafizəçisi ilə birlikdə şəhəri gəzib. Sənətçi göy yaxalıqlı zolaqlı polo
köynəkdə və qara papaqda maşında əyləşib.

Xatırladaq ki, Bryus Uillis frontotemporal demensiyaya tutulub ki, bu da idrak
qabiliyyətinin tədricən itirilməsinə səbəb olur. Aktyor təxminən 2022-ci ilin
yazından sağalmaz xəstəliklə mübarizə aparır.

Source link