96586895-71c4-4617-987e-311ef9d6594c..jpg

Ağır xəstəlikdən əziyyət çəkən Bryus Uillisə daha bir qorxunc diaqnoz qoyuldu – FOTO

Baxış sayı: 1. 610 dəfə baxılıb.

Ağır xəstəlikdən əziyyət çəkən Bryus Uillisə daha bir qorxunc diaqnoz qoyuldu
– FOTO

Hollivud ulduzu Bryus Uillisə frontotemporal demensiya (FTD) diaqnozu qoyulub.

Bu barədə aktyorun ailəsi “Instagram” hesabında məlumat verib.

Bildirilir ki, 67 yaşlı Uillisə ötən ilin yazında nitq pozğunluğuna səbəb olan
“afaziya” diaqnozu qoyulsa da, xəstəlik
irəliləyib və indi diaqnozu dəqiqləşdirmək mümkün olub.

Həmçinin qeyd olunur ki, FTD 60 yaşdan yuxarı insanlar arasında ən çox rast
gəlinən demensiya növüdür.

Yeri gəlmişkən, Britaniya Milli Səhiyyə Xidməti FTD-ni demensiyanın qeyri-adi
forması hesab edir. Məlumata görə, xəstəlik davranışda, nitqdə dəyişikliklərə
səbəb olur, xəstələrdə hərəkətdə yavaşlıq və ya sərtlik, daha sonra sidik və
defekasiya üzərində nəzarətin itirilməsi, əzələ zəifliyi inkişaf edir.

Uillisin ailəsi bu gün demensiyadan müalicənin olmamasına baxmayaraq, yaxın
illərdə bunun dəyişə biləcəyini ümid etdiklərini bildiriblər.

Xatırladaq ki, ötən ilin martında Bryus Uillisin “afaziya” diaqnozu səbəbindən
aktyorluqkaryerasına son qoyduğu bildirilmişdi.

Uillis “Məğlubedilməz” (“Die Hard”), “Altıncı hiss” (“The Sixth Sense”),
“Armageddon” və Kriminal qiraət (“Pulp Fiction”) blokbasterlərindəki rollarına
görə dünya şöhrəti qazanıb. O, beş dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub
və yalnız bir dəfə “Ay İşığı” Detektiv Agentliyi” (“Moonlight Detective
Agency”) serialındakı roluna görə mükafat alıb. O, həmçinin “Emmy” mükafatına
üç namizədlikdən ikisində laureat olub.

Mənbə: AFTD

Source link