Ağır yanıq xəsarətləri alan bir yaşlı Mirzağanın yardımınıza ehtiyacı var –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir yaşlı Mirzağanın sizin yardımınıza ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun anası Yeganə Hüseynova məlumat yayıb.
O bildirib ki, övladı ötən il noyabrın 13-də yanıb.
“Mirzağa səkkiz aylıq olarkən dəm çaynikinin partlaması nəticəsində bədəninin
böyük hissəsi yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə
yollandıq. Bir aydan çox orada müalicə alıb. Evə göndərildikdən sonra sizin
saytın izləyicilərinin dəstəyi ilə müalicələri davam etdirə bilmişik. Hazırda
maddi olaraq tam tükənmişik. Mirzağanın dərmanlarını, mazlarını almaq üçün
hazırda 600 manata ehtiyacımız var. İnanın, ağrılarına görə nə normal yuxu yata
bilir, nə normal yemək yeyə bilir. Demək olar ki, bütün günü ağlayır.
Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (070) 330-99-79.
Kapital Bank: 4169 7388 2087 6575.