46b53fdf-f768-4023-9ddd-2b0de103fd72..jpg

Ağstafa polisindən əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

Baxış sayı: 1. 028 dəfə baxılıb.

Ağstafa polisindən əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri
əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib
saxlamaqda şübhəli bilinən rayon sakinləri Rövşən Nəsirov, Şəadət Məmmədov,
Babək Məmmədhüseynov və Rafiq Muradov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupu məlumat yayıb.

Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan
heroin və marixuana aşkar edilərək götürülüb.

Bundan başqa polis şöbəsinə rayonun Poylu qəsəbəsi yaxınlığındakı ərazidə
silah-sursat olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə
yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan
5 ədəd müxtəlif marka və kalibrli ov tüfəngi, 73 ədəd pulemyot patronu, 14 ədəd
7,62 mm-lik, 138 ədəd 5,45 mm-lik avtomat patronu, 81 ədəd boş giliz və 2 ədəd
“F1” əl qumbarası aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Source link