42ccc3cd-02cd-4b15-aba1-635630815165..jpg

Ağstafada ərini balta ilə öldürən qadın həbs edildi – RƏSMİ

Baxış sayı: 2. 620 dəfə baxılıb.

Ağstafada ərini balta ilə öldürən qadın həbs edildi – RƏSMİ

Ağstafa rayonu, Dağkəsəmən kənd sakini 1984-cü il təvəllüdlü Elvin
Abdullayevin yaşadığı evdə öldürülməsi barədə yanvarın 4-ü saat 12
radələrində rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa Rayon Prokurorluğundan Cixisyolu.com-a verilən məlumata görə, aparılmış
araşdırmalarla zərərçəkmişin arvadı, 1985-ci il təvəllüdlü Aynur
Abdullayevanın yanvarın 3-ü saat 5 radələrində birlikdə yaşadıqları evdə şəxsi
münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Elvin
Abdullayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə
əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aynur Abdullayeva təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Source link