af8dc900-44bc-4868-9ee1-51539bbfb530.jpg

Ağstafada bağça əməkdaşları müdirdən şikayətçidirlər – Ağır ittihamlar var

Baxış sayı: 291 dəfə baxılıb.

Ağstafa rayonunda bağça müdirinin vəzifəsindən sui-istifadə etməsi halları ilə
bağlı iddialar səsləndirilib.

Xezerxeber.az-ın məlumatına görə, Ağstafa rayonu, Vurğun qəsəbəsi bir nömrəli
körpələr evi təmirə dayanıb.

Tərbiyə ocağında əsaslı təmir işləri gedir. Kollektiv də körpələrlə birlikdə
qəsəbə sakininin birinin köhnə tikili evinə sığınıblar. Burada isə şəraitsizlik
hökm sürür. Üstəlik, sözügedən evin sahibi təsərrüfatında toyuq cücə, it-pişik,
at, dovşan, göyərçin və sairə canlılar saxlayır. Uşaqlar da bu şəraitdə təlim –
tərbiyəyə cəlb edilirlər.

İddialar da təlim-tərbiyə ocağının müdiri Fatapur Afaq haqqındadır. Körpələr
evinin bir neçə işçisi iddia edirlər ki, müdir vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək özbaşınalıqlara yol verir.

Şikayətçi Aygül Rəhimova bildirib ki, heç bir əsas olmadan müdir onu işdən
azad edib. Onun iddiasına görə, həmkarlar ittifaqı müdirin bu qərarından
xəbərsiz olduqlarını bildirib, hətta bununla bağlı rəsmi sənəd də təqdim
edilib. Hazırda məzuniyyət hüququndan da məhrum edilən keçmiş işçi məsələ ilə
bağlı hüquq müdafizə orqanları və digər aidiyyəti strukturlara da müraciət
etdiyini bildirir.

Körpələr evinin mövsümü ocaqçısı Səidə Məmmədova isə müəssisədə mövcud olan
xadimə işi üzrə vakansiya ilə bağlı işə müraciət etsə də, müdirədən səbəbsiz
yerə rədd cavabı aldığını bildirir.

Digər bir türkürpədici iddianı da tərbiyə ocağının təsərrüfat müdiri Gülnur
Quliyeva səsləndirib. Onun iddialarına görə, qaimə- fakturalara müdir öz
işçinin yerinə onun imzasını təkrar edərək saxta imzalar çəkib.

Məsələ ilə bağlı adıçəkilən müdirənin də fikrini öyrənməyə çalışdıq. Lakin
təlim-tərbiyə ocağının rəhbəri Fatapur Afaq kamera qarşısına keçməkdən imtina
etdi.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nəcibə
Vəliyeva bildirib ki, haqqında fərqli iddialar səsləndirilən müdirə haqqında
araşdırma aparılır:

“Nəticədən asılı olaraq müvafiq tədbirlər görüləcək. Onun sözlərinə görə,
bağça 16 sentyabr 2024-cü il tarixindən təmirə bağlanıb. Təmirlə əlaqədar
olaraq təlim-tədris prosesinin fasiləsizliyini təmin etmək üçün körpələr
evi-uşaq bağçası müvafiq təşkilatlarla razılaşdırılmaqla müvəqqəti olaraq
qəsəbə ərazisindəki başqa tikiliyə köçürülüb”.

Ətraflı videomaterialda:

Ağstafada bağça əməkdaşları müdirdən şikayətçidirlər –
Ağır ittihamlar var
Ağstafada bağça əməkdaşları müdirdən şikayətçidirlər – Ağır ittihamlar var

Source link