Ağstafada bir neçə maşını vuran şəxs “aradan çıxdı”

Ağstafada bir neçə maşını vuran şəxs “aradan çıxdı”

Baxış sayı: 2. 243 dəfə baxılıb.

Ağstafada bir neçə maşını vuran şəxs “aradan çıxdı”

Ağstafa rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil bir neçə maşına çırpılıb. 

ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.  

Qəza nəticəsində VAZ markalı avtomobillərin birində olan, Ağstafa rayon sakinləri – 1985-ci il təvəllüdlü Leyla Əfəndiyeva və atası, 1951-ci il təvəllüdlü Maqsud Əfəndiyev həyəcan və yüngül ağrılar səbəbindən xəstəxanaya müraciət ediblər.  

Qeyd edək ki, qəzanı törədən avtomobil hadisə yerindən qaçıb. 

Faktla bağlı araşdırma aparılır.