095f8f41-19a8-48ad-b79a-3eebd3a0ff21..jpg

Ağstafada minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var

Baxış sayı: 851 dəfə baxılıb.

Ağstafada minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 2 nəfərin xəsarət alması ilə
nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, minik avtomobilinin yük maşını ilə toqquşması
nəticəsində Ağstafa rayon sakini, 1963-cü il təvəllüdlü Azad Mehdiyev və daha
bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır və orta-ağır
qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Source link