Ağstafada döyülmə faktı qeydə alınıb.
ÇıxışYolu.Com saytının bölgə müxbirinin məlumatına görə, 30 yaşlı Elməddin Əsgərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə dərhal lazımi tibbi yardım göstərilib.
30 yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir.
Xəstənin dediyinə görə, qohumu (qaynı) tərəfindən döyülüb.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Aktla bağlı Ağstafa rayon polis şöbəsində araşdırma aparılır.
Nazir Quliyev