a27e826e-5948-4842-9f95-f8a6c623d171..jpg

Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Baxış sayı: 1. 085 dəfə baxılıb.

Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Ağstafa rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən
məlumata görə, Polis Şöbəsinə rayon sakini olan bir qadının evinə naməlum
şəxslərin qanunsuz olaraq daxil olduqları, ev sahibini ölümlə hədələyərək 250
manat nağd pul, bir ədəd qızıl üzük və bir ədəd qızıl sırğanı ələ keçirərək
quldurluq etmələri barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuş Pərviz Yolçuyev və Ümid Zeynalov
saxlanılıblar.

Pərviz Zeynalovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri
nəticəsində onun rayon sakininə məxsus evdən 39 000 manat nağd pul, eləcə də
paytaxtın Abşeron və Suraxanı rayonlarındakı mənzillərdən müxtəlif qızıl-zinət
əşyaları da oğurladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Source link