0795b83b-15e2-408c-8776-741bf2a0810b..jpg

Ağstafada yeniyetmə qətlə yetirildi

Baxış sayı: 1. 027 dəfə baxılıb.

Ağstafada yeniyetmə qətlə yetirildi

Ağstafa Rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanşir
Bədirovun kəsici alətlə qətlə yetirilmiş cəsədinin dəmiryolu stansiyası
yaxınlığında olması barədə məlumat daxil olub.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupunun baş inspektoru polis kapitanıEşqin Qasımov Cixisyolu.com-a məlumat verib.

Dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları
hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçiriblər.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyinin
müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Source link