2e9900be-6732-4e19-859b-dfc777a61fb3..jpg

Ağsuda dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir – VİDEO

Baxış sayı: 607 dəfə baxılıb.

Ağsuda dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər
davam etdirilir – VİDEO

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş
vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər
davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ərazinin
çətin keçidli olması yanğınsöndürmə texnikalarının hərəkətinə maneə
yaratdığından nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
tərəfindən yanğınsöndürmə işləri əsasən əl ilə söndürmə üsulu ilə həyata
keçirilir.

Qeyd edək ki, havanın küləkli və qaranlıq olmasına baxmayaraq, yanğının geniş
ərazilərə yayılmasının qarşısının alınması və tam söndürülməsi istiqamətində
işlər davam etdirilir.


Source link