f5e1f672-d584-441a-9004-1391ef450acc..jpg

Ağsuda iki bacı dəm qazından zəhərlənib

Baxış sayı: 501 dəfə baxılıb.

Ağsuda iki bacı dəm qazından zəhərlənib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsuda iki bacı dəm qazından zəhərlənib.

APA xəbər verir ki, Ağsu şəhər M.Ə.Rəsulzadə küçəsində yaşayan 2009-cu il
təvəllüdlü Sehranə Ruslan qızı İsmayılova və 2014-cü il təvəllüdlü Rəna Ruslan
qızı İsmayılova zəhərlənmə əlamətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına
gətiriblər.

Müayinə zamanı hər iki şəxsin hamam otağında dəm qazından zəhərləndiyi məlum
olub. Xəstəxanada bacılara tibbi yardım göstərilib, vəziyyətlərinin normal
olduğu bildirilir.

Source link