cb7d70e8-6fad-408a-941e-c4f4b7684996..jpg

Ağsuda KOB dostu fəaliyyətə başlayıb – FOTO

Baxış sayı: 802 dəfə baxılıb.

Ağsuda KOB dostu fəaliyyətə başlayıb – FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ağsu
rayonunda sahibkarlarla görüş keçirilib.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, görüşün məqsədi Ağsuda fəaliyyət göstərən sahibkarların
biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarını öyrənmək,
qarşılaşdıqları çətinlikləri dinləmək, dövlət dəstəyi mexanizmləri, o cümlədən
KOBİA-nın dəstək və xidmətləri barədə onları məlumatlandırmaqdır.

Ağsu rayonunda fəaliyyət göstərən sahibkarların və biznes subyektlərinə xidmət
göstərən dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir
çərçivəsində sahibkarlara yerində dəstək göstərilməsi məqsədilə fəaliyyətə
başlayan KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Ağsu KOB dostu
Dağlıq Şirvan iqtisadi rayonu üzrə fəaliyyət göstərən sayca 3-cü KOB dostudur.
Ümumilikdə KOBİA-nın regionlardakı nümayəndələri olan KOB dostları hazırda
ölkənin 39 şəhər və rayonunu əhatə edir.

Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes
subyektlərinə yerində dəstəyin təmin olunması baxımından KOB dostu şəbəkəsinin
önəmini qeyd edib. Bildirilib ki, KOB dostları mikro, kiçik və orta
sahibkarların biznes təşəbbüslərinin reallaşdırılması, sahibkar maraqlarının
müdafiəsi, yeni KOB subyektlərinin yaradılması və inkişafı, sahibkarlara
göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırma, dövlət qurumları
ilə əlaqələndirmə kimi istiqamətlərdə fəaliyyət göstərir. Ağsu rayonunun
biznesin inkişafı üçün potensialını qeyd edən Orxan Məmmədov bu iqtisadi
potensialın reallaşdırılması üçün KOB dostlarının dəstəyini vurğulayıb,
sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə həyata
keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində regionların inkişaf
etdiyini və rayonda sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün
əlverişli imkanların olduğunu bildirib. Qeyd olunub ki, Ağsuda fəaliyyətə
başlayan KOB dostu sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar
üçün faydalı olacaqdır.

Tədbir çərçivəsində agentlik tərəfindən KOB-lara göstərilən dəstək
mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar
cavablandırılıb.

Sonra tədbir iştirakçıları Ağsu Gənc Sənətkarlar Mərkəzində yerləşən KOB dostu
ofisi ilə tanış olublar. KOB dostu ofisində sahibkarlara xidmətlərin təqdim
edilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət
göstərir.

Daha sonra KOBİA rəhbərliyi “Ağsu aqropark”ın fəaliyyəti ilə tanış olub.
Məlumat verilib ki, əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşmış aqropark
2018-ci ildən fəaliyyət göstərir. Hazırda aqroparkda 200-ə yaxın daimi işçi
çalışır. Müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir.
“Ağsu aqropark”ın məhsulları daxili bazarın tələbatının ödənilməsinə
yönəldilir. Aqroparkla tanışlıq çərçivəsində sahibkarla ehtiyaclarına və
məhsulların ixrac imkanlarına dair fikir mübadiləsi də aparılıb.

Source link