9ad77414-3a95-4021-972b-88bf338607d0..jpg

Ağsuda maşın aşdı, sürücü öldü

Baxış sayı: 470 dəfə baxılıb.

Ağsuda maşın aşdı, sürücü öldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Aratlı-Curuxlu yolunda qeydə alınıb.

Belə ki, rayonun Bozavand kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndər Baxış
oğlu Alıyev VAZ-2106 markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən
idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı beton lövhəyə
çırpılıb.

Sürücü İsgəndər Alıyev hadisə yerindəcə ölüb. Onun meyiti aidiyyəti üzrə
təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Source link