Şamaxıda məktəb direktoru döyülüb – YENİLƏNİB

Şamaxıda məktəb direktoru döyülüb – YENİLƏNİB

Baxış sayı: 1. 980 dəfə baxılıb.

Şamaxı rayonunun Çöl Bağırlı kəndində keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, kənd sakini İntiqam Azayev həmyerlisi Müşfiq Mirzəyevi yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirib.

Alın, sinə və kürək nahiyyəsindən xəsarətlər alan Müşfiq Mirzəyev Şamaxı rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Ağsu rayonu Ləngəbiz kənd orta məktəbinin direktoru olan Müşfiq Mirzəyev bildirib ki, bu gün bəzi saytların hadisəni çox şişirdərək onun barəsində yalan məlumat yazıblar.

“Hadisə Ağsuda işlədiyim məktəbdə baş verməyib. Məni müəllim döyməyib. Ötən gecə kəndimizdəki toy mərasimində İntiqam Azayevin qəflətən hücumuna məruz qalmışam. Mən onun qardaşı ilə söhbət edirdim.

Dava olmayıb. Sərxoş olan İntiqam naməlum səbəbdən gəlib məni vurdu. Mən stolların arasına yıxıldım, xəsarət aldım. Məsələni polis əməkdaşları araşdırır. Hazırda vəziyyətim yaxşıdır. Sabah məktəbdə işləməyə başlayacam”.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

15:27

Ağsu rayonunda müəllim məktəbin direktorunu döyüb. 

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb. 

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com