eaa6e688-f047-496d-861a-73ff8af6ca2d..jpg

Ağsuda narkotacir saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 473 dəfə baxılıb.

Ağsuda narkotacir saxlanılıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı
rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq
istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də bir
neçə dəfə məhkum olunmuş Xalid Osmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan
qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə X.Osmanovun yaşadığı ünvana da baxış keçirilib,
oradan satış məqsədilə kibrit qutularında və kağız bükümlərdə saxladığı
marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan daha iki nəfər də məsuliyyətə cəlb olunub.


Source link