45e5776f-bc65-40f0-9f9d-fe6beda6bf30..jpg

Ağsuda narkotik satan şəxslər saxlanılıblar – FOTO

Baxış sayı: 759 dəfə baxılıb.

Ağsuda narkotik satan şəxslər saxlanılıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı
rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslər
saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
keçirilmiş tədbir zamanı rayon sakini Eldar Ağayev saxlanılıb. Şəxsi axtarış
zamanı ondan qurudulmuş marixuana aşkar edilib.

Araşdırma zamanı E.Ağayevin həmin narkotik vasitəni Ağsu şəhər sakini Laçın
Mehdiyevdən 210 manat pul müqabilində aldığı müəyyənləşib.

Davam etdirilən tədbirlərlə L.Mehdiyev də saxlanılaraq istintaqa təhvil
verilib. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən kibrit qutularında
və sellofan torbalarda satış məqsədilə hazırladığı yarım kiloqrama yaxın
qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam
etdirilir.

Source link