da6c3a68-f4a6-4326-b3c8-e041c6445f09..jpg

Ağsuda polis əməliyyatı: Evində avtomat gizlədən şəxs və narkotacir TUTULDULAR – FOTO

Baxış sayı: 614 dəfə baxılıb.

Ağsuda polis əməliyyatı: Evində avtomat gizlədən şəxs və narkotacir
TUTULDULAR – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu
silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri
keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı
şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Əsədov şübhəli şəxs qismində
saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı
avtomat, həmin silaha məxsus daraq və 5 ədəd patron aşkar edilərək götürülüb.
Elman Əsədov avtomatı bir müddət əvvəl tapdığını və polisə təhvil verməyərək
özündə saxladığını bildirib.

Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində
narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şamxal
Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana
aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri bilinən əməliyyat-istintaq
tədbirləri davam etdirilir.

Source link